Qadınların səsi şəhərsalmada - maliyyə olmadan addım ata bilmərik
Qadınlar mütləq şəkildə burada cavabdeh olmalı, gender məsələsinə diqqət edilməli və qadınların mülki hüquqları tam şəkildə təmin edilməlidir.
Crossmedia.az xəbər verir ki, bunu ictimai fəal Mayde Redriqers Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında çıxışı zamanı deyib.
O, qeyd edib ki, kəndlərdə yaşayan qadınlardan başlayaraq bütün qadınların hüququ və təhlükəsiz yaşamasını və inkluizivliyi təmin etməliyik.
Ucqar bölgələrdən qadınların sürgün olunması, öz yaşayış məskənlərindən məcburi şəkildə çıxarılması ciddi müzakirə olunmalıdır. Maliyyə olmasa biz qadınlar heç bir addım ata bilmərik. Buna görə də iqlim fondlarına mənzillə təmin etmə proqramları əlavə olunmalıdır.
Ayhan
09:48 18.05.2026
Oxunuş sayı: 37