Türkiyəli bələdiyə sədri: Mənzil təminatı ortaq siyasi məsuliyyətdir
Mənzil təminatının həyata keçirilməsinə qayğı sistemi də daxildir.
Crossmedia.az xəbər verir ki, bunu Türkiyə bələdiyə rəisi Uğur İbrahim Altay Ümumdünya Şəhərsalma Forumunda çıxışı zamanı deyib.
O, qeyd edib ki, mənzil təminatı hüquqdur. Bu ortaq siyasi məsuliyyətdir. Bütün aktorlar bu istiqamətdə ciddi şəkildə çalışmalıdırlar. Bizim təşkilatlarımız da maliyyələşmə və insitutlaşmaya ciddi töhfə verəcək. Layiqli mənzil təminatı mütləqdir. Onillik şəhərsalma gündəliyinə baxdıqda məlum olmuşdur ki, maneələri aradan qaldırmaq üçün ciddi addımlar atılıb. Bu bariyerlər həm də çoxtərəfli əməkdaşlıqlarla aşılacaq. Aktorlar olaraq töhfələr ortaya qoymalıyıq. Və bu töhfələr genişləndirilməlidir.
Ayhan
09:41 18.05.2026
Oxunuş sayı: 38