Fransada Maskla bağlı istintaq – HƏBS OLUNA BİLƏR
Elon Maskın Fransada istintaq altında olan X (Twitter) platforması ilə bağlı iş üzrə həbsi gündəmə gələ bilər.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Paris prokuroru Lor Beko bildirib ki, əgər Maska qarşı ittihamlar irəli sürülərsə və o, məhkəmə çağırışlarına məhəl qoymazsa, onun barəsində həbs orderi çıxarıla bilər.
O, həmçinin qeyd edib ki, Fransa ədliyyəsi bu istintaqla bağlı ABŞ Ədliyyə Nazirliyinə sorğu göndərsə də, hələlik cavab almayıb.
İstintaq sosial şəbəkənin fəaliyyəti və hüquqi məsuliyyəti ilə bağlı aparılır.
00:10 18.05.2026
Oxunuş sayı: 36