İraqda İsraillə əlaqəli olduğu iddia edilən ikinci gizli baza aşkarlanıb
İraqda İsraillə əlaqəli olduğu ehtimal edilən ikinci gizli hərbi obyektin müəyyən edildiyi iddia olunur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, obyekt İraqın qərb bölgələrində yerləşir və ölkə daxilində xarici hərbi infrastrukturun mövcudluğu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
İddialara əsasən, Bağdad uzun müddətdir öz ərazisində xarici hərbi fəaliyyətə qeyri-rəsmi şəkildə göz yummaqda ittiham olunur.
Bildirilib ki, sözügedən obyekt İsrail hərbi strukturları üçün logistik dəstək və xüsusi təyinatlı qrupların yerləşdirilməsi məqsədilə istifadə oluna bilər.
Məlumata görə, ikinci bazanın hazırlanmasına 2024-cü ilin sonlarında başlanılıb.
Qeyd olunur ki, İraq hərbçiləri obyekti müşahidə etməyə çalışsa da, proses zamanı maneələrlə üzləşiblər və ərazidə gərginlik yaranıb. Daha sonra isə adı açıqlanmayan rəsmi şəxs obyektin mövcudluğunu təsdiqləyib, lakin onun dəqiq yeri açıqlanmayıb.
23:55 17.05.2026
Oxunuş sayı: 37