Avropa ölkələri Hörmüz boğazı ilə bağlı İranla danışıqlara başlayıb
Avropa ölkələri öz gəmilərinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etmək məqsədilə İranın hərbi strukturları ilə danışıqlara başlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, təmaslar İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ilə aparılır.
Bildirilir ki, danışıqların aktivləşməsi son günlər Çin, Yaponiya və Pakistan gəmilərinin boğazdan problemsiz keçməsindən sonra baş verib.
İran tərəfi Hörmüz boğazında Hörmüz adasının cənub hissəsindən Lark adasının çıxışına qədər olan zonada müəyyən etdiyi gəmiçilik qaydalarının icrasını davam etdirir.
Qeyd olunur ki, Şərqi Asiya ölkələrinin ardından Avropa dövlətləri də boğazda təhlükəsiz tranzit üçün İran tərəfi ilə dialoqa qoşulub.
23:10 17.05.2026
Oxunuş sayı: 39