Trampdan İrana sərt xəbərdarlıq
ABŞ Prezidenti Donald Tramp İrana xəbərdarlıq edərək Tehranın Vaşinqtonla razılaşma əldə etmək üçün tez hərəkət etməli olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
Onun sözlərinə görə, İran üçün vaxt sürətlə azalır və vəziyyət kritik həddə yaxınlaşır.
“İran üçün vaxt tükənir və onlar tez hərəkət etməyə başlasalar yaxşı olar, əks halda onlardan heç nə qalmayacaq”, - deyə Tramp yazıb.
22:00 17.05.2026
Oxunuş sayı: 48