Rusiyada güclü yanğın baş verib
Rusiyanın paytaxtı Moskva şəhərində baş verən güclü yanğın nəticəsində Şimal-Şərq magistralında yol örtüyünün bir hissəsi çöküb.
Crossmedia.az xəbər verir ki, TASS agentliyi məlumat yayıb.
Məlumata görə, yanğın səbəbindən Şimal-Şərq magistralının bir keçid hissəsində yol örtüyündə çökmə müşahidə olunub. Hadisə yerinə yanğının söndürülməsi üçün xüsusi yanğın qatarı da cəlb edilib.
19:55 17.05.2026
Oxunuş sayı: 3602