WUF13-də BMT və Azərbaycanın bayraqları qaldırılıb
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) təşkil olunduğu Bakı Olimpiya Stadionunda Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmi bayrağının və Azərbaycan Respublikasının Dövlət Bayrağının qaldırılması mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbirdə BMT-nin və Azərbaycanın bayraqları qaldırılıb.
Bayraq qaldırma mərasimi forumun rəsmi başlanğıcını simvolizə edir və tədbirin yüksək beynəlxalq əhəmiyyətini bir daha nümayiş etdirib.
Xatırladaq ki, WUF13 mayın 17-dən 22-dək davam edəcək.
15:26 17.05.2026
Oxunuş sayı: 38