Tramp İranla atəşkəsin “fırtınadan əvvəlki sakitlik” ola biləcəyinə işarə etdi
ABŞ prezidenti Donald Tramp Truth Social platformasında hərbi gəmilərin görüntüsünü paylaşaraq postuna “Qasırğadan əvvəlki sakitlik idi” başlığını yazıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Bu paylaşım sosial mediada geniş müzakirələrə səbəb olub.
Bir çox istifadəçi və müşahidəçilər Trampın bu ifadəsini İranla bağlı gərginliyin yenidən artacağına və mümkün hərbi əməliyyatların bərpa edilə biləcəyinə işarə kimi qiymətləndiriblər.
Tramp isə paylaşımın məqsədi və mesajı barədə hələlik rəsmi açıqlama verməyib.
15:20 17.05.2026
Oxunuş sayı: 41