Avropanın bu addımı Ukrayna üçün ciddi nəticələrə səbəb ola bilər
Avropa İttifaqının(Aİ) polad idxalını yarıya endirmək planı Ukraynanın ölkə üçün vacib gəlir mənbəyi olan 1 milyard avroya qədər ixrac gəlirini itirməsinə səbəb olacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Brüssel iyulun 1-dən etibarən polad idxal kvotalarının 47% azaldılacağını və əlavə idxala 50% rüsum tətbiq olunacağını elan edib.
Avropa Komissiyası Ukrayna üçün cəmi 713.000 ton rüsumsuz kvota təyin etməyi təklif edir.
Nəşr xatırladır ki, Kiyev ötən il Ukraynanın əsas ixrac bazarı olan Aİ-yə 2,65 milyon ton polad satıb. Ukrayna rəsmilərinin fikrincə, belə kəskin azalma - 2025-ci illə müqayisədə 70% - Kiyevə ixrac gəlirlərinin 1 milyard avro itirilməsinə səbəb ola bilər.
14:50 17.05.2026
Oxunuş sayı: 50