Rusiya XİN Ukraynanı terror aktı törətməkdə ittiham edib
Kiyev rejimi, Avroviziya mahnılarının müşayiəti ilə və Avropa sponsorları tərəfindən maliyyələşdirilən, daha bir kütləvi terror aktı törədib.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a Moskva bölgəsində gecə baş verən kütləvi dron hücumunu şərh edərkən bildirib.
"Avroviziya mahnılarının sədaları altında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Kiyev rejimi daha bir kütləvi terror hücumu həyata keçirib. Hədəflər yalnız dinc insanlar, çoxmənzilli binalar və fərdi evlər olub. Bu terror hücumları, əvvəlkilər kimi, Ukrayna prezidenti Volodimir Zelenski , eləcə də onları maliyyələşdirən kollektiv Qərb azlığı tərəfindən törədilən cinayətlərdir".
14:42 17.05.2026
Oxunuş sayı: 52