Bəhreynli nazir WUF13-ün əhəmiyyətindən danışıb
Bu tədbir sadəcə mənzillə təmin olunma deyil, həm də qadın və qızların inkişafına töhfə verəcək.
Crossmedia.az xəbər verir ki, bunu Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında Bəhreynin urbanlaşma naziri deyib.
O, qeyd edib ki, bu gün bu istiqamətdə ciddi addımlar atır və tədbirlər görür: " Buraya səhiyyə və evlə təmin olunma məsələləri də daxildir. 6500 qadın bizim bu proseslərdən fayda görüb. Bütün bu proserdurlarda evlə təmin etmə, şəhərsalma üzrə mütəxəssislərin 72-si qadındır".
Ayhan
14:17 17.05.2026
Oxunuş sayı: 53