Qusman: Azərbaycan işğal olunmuş torpaqları azad etdikdən sonra yeni şəhərlərin yaradılması vəzifəsi meydana çıxdı
Beynəlxalq ictimaiyyətin Azərbaycan və onun böyük nüfuzu haqqında güclü fikri var. Həqiqətən də, Azərbaycan, xüsusən son illərdə şəhərsalma sahəsində geniş təcrübə toplamışdır.
Bunu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Crossmedia.az-a açıqlamada beynəlxalq jurnalist, professor Mixail Qusman söyləyib.
O qeyd edib ki, böyük qələbəmizdən, Azərbaycan işğal olunmuş torpaqları azad etdikdən sonra yeni şəhər və qəsəbələrin yaradılması vəzifəsi ortaya çıxdı: “Azərbaycan rəhbərliyi, Azərbaycan Prezidenti buna böyük diqqət yetirir. Bütün dünya bu təcrübəni müşahidə edir. Ona görə də düşünürəm ki, bu, bu forumun bərpası qərarına təsir etdi. Lakin bu məsələlər bütün dünya üçün vacibdir. Şəhər məsələləri ilə bağlı problemlər bütün dünyada mövcuddur və insanların məskunlaşdırılması və həyatlarının yaxşılaşdırılması ilə bağlı məsələlər var. Bütün bunlar forumda müzakirə olunur və burada iştirak edən onlarla ölkə bu məsələlərin bütün dünya üçün narahatdır və bunun həlli istiqamətində müzakirələrlə bütün dünya üçün addımlar atırlar”.
Ayhan
13:30 17.05.2026
Oxunuş sayı: 59