Qalibaf: Dünya yeni nizamın astanasındadır
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf sosial şəbəkədəki paylaşımında dünyanın yeni qlobal nizamın formalaşması mərhələsinə daxil olduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qalibaf qeyd edib ki, bu proses getdikcə sürətlənir. O, Çin lideri Si Cinpinin “bir əsrdə görünməyən transformasiya” ifadəsinə istinad edərək İran xalqının son 70 gündə nümayiş etdirdiyi müqavimətin qlobal dəyişiklikləri daha da sürətləndirdiyini vurğulayıb.
“Gələcək Qlobal Cənuba məxsusdur”, — deyə Qalibaf əlavə edib.
13:10 17.05.2026
Oxunuş sayı: 45