Maduronun yaxın müttəfiqi ABŞ-yə deportasiya edilib
Venesuelanın keçmiş prezidenti Nikolas Maduronun yaxın müttəfiqi, iş adamı Aleks Saab ABŞ-yə deportasiya olunub.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, Saab ABŞ-də bir neçə cinayət işi üzrə şübhəli şəxs hesab edilir. Deportasiya prosesinin Venesuela qanunvericiliyinə uyğun şəkildə həyata keçirildiyi bildirilib.
İsrail mediası isə Aleks Saabın Karakasda Hizbullah və SEPAH arasında əlaqələndirici fiqur kimi tanındığını iddia edib.
12:30 17.05.2026
Oxunuş sayı: 50