BMT nümayəndəsi: WUF13-də 40 minə yaxın iştirakçı təcrübə mübadiləsi aparır
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində 40 minə yaxın iştirakçı urbanizasiya və dayanıqlı şəhər inkişafı ilə bağlı təcrübə mübadiləsi aparır.
Crossmedia.az xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) nümayəndəsi Ulf Bjornholm bildirib.
Onun sözlərinə görə, forum müxtəlif ölkələrdən gələn iştirakçıların bir araya gələrək fikir mübadiləsi aparması üçün mühüm platformadır: "Burada nazirlər, dövlət başçıları, vətəndaş cəmiyyəti nümayəndələri, bələdiyyə sədrləri iştirak edir. Onlar görüşür, bir-birindən öyrənir və təcrübələrini bölüşürlər. Bu, həqiqətən də möhtəşəmdir. WUF urbanizasiya sahəsində çalışan tərəflərin bir araya gəldiyi əsas beynəlxalq platformalardan biridir".
UN-Habitat rəsmisi Azərbaycanın forumun təşkili ilə bağlı gördüyü işləri də yüksək qiymətləndirib. O bildirib ki, ölkə barədə çox müsbət təəssürata malikdir: "Azərbaycanın burada yaratdığı mühit olduqca təsirlidir. Bu arenanın qurulması həm texniki, həm də mədəni baxımdan heyrətamizdir. Tədbir sayəsində Azərbaycan haqqında çox şey öyrəndim".
09:25 17.05.2026
Oxunuş sayı: 46