Ukraynada biolaboratoriyaların mövcudluğuna dair sensasional iddialar ortaya atılıb
İllərdir Qərb Ukraynada biolaboratoriyaların mövcudluğunu inkar edir, Rusiya sübutlarını qulaqardına vururdu.
Crossmedia.az "Sputnik Armenia"-ya istinadən xəbər verir.
O vaxtkı dövlət katibinin müavini Viktoriya Nuland 2022-ci ildə onların mövcudluğunu ilk dəfə etiraf edən oldu. Lakin Ukrayna prezidenti onların "müntəzəm elmi araşdırmalar" apardıqlarını iddia edirdi. "The Washington Post" qəzeti Rusiyanın sübutlarını "illik yalan ittihamlar kampaniyası" adlandırdı.
Lakin bu yaxınlarda Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard Bayden administrasiyasının bu obyektlər haqqında qəsdən yalan danışdığını təsdiqlədi. ABŞ hazırda 120 xarici biomərkəzi araşdırır ki, onlardan 40-ı Ukraynadadır.
Senator Volodimir Cabarov bildirib ki, Vaşinqtonun Ukrayna biolaboratoriyalarını tanıması Ağ Ev rəhbəri Donald Trampı dinləməyi dayandıran və özünü yenidən Avopa İttifaqı və Britaniyaya yönəldən Zelenskidən qurtulmağın bir yoludur.
O, ABŞ-nin biotəhdidlər məsələsindən sadəcə Kiyevdə hökumət dəyişikliyi üçün rəsmi bəhanə kimi istifadə etdiyinə inanır.
22:03 16.05.2026
Oxunuş sayı: 43