Sosial mediada paylaşımlarınıza diqqət edin
Son zamanlar sosial media platformalarında qısa video məzmunun izlənmə sayının artması mənfi nəticələrə gətirib çıxarır.
Çində bir universitet tərəfindən dərc edilmiş "Qısa video istifadəsinin diqqət funksiyalarına mənfi təsiri: EEG tədqiqatı" adlı məqaləyə görə, qısa video asılılığına yüksək meylli şəxslərdə beynin prefrontal bölgəsində teta dalğa gücündə əhəmiyyətli dərəcədə azalma müşahidə olunur ki, bu da "icraçı nəzarət" mexanizmlərini əks etdirir. Məqalədə deyilir ki, bu, diqqəti cəmləmək qabiliyyətini azaldır və bu videoları həddindən artıq izləyənlər də impulslarını idarə etməkdə çətinlik çəkə bilərlər.
Crossmedia.az "HaberTürk"-ə istinadən xəbər verir.
Klinik psixoloq və Yeşilay Məsləhət Şurasının üzvü Dr. Süreyya Kitapçıoğlu sosial media platformalarının struktur baxımından bir-birinə bənzədiyini bildirib.
Kitabçıoğlu, bu platformaların qumara bənzər bir mükafat dövrü quruluşuna sahib olduğunu vurğulayaraq, insanların qarşılaşdığı videolarda qeyri-müəyyənlik elementinin olduğunu və bu sistemin bəzən insanı maraqlandıran videolarla, bəzən də fərqli sahələrdən videolarla beynin mükafat sistemini stimullaşdırdığını və bu da insanda gözlənti yaratdığını izah etdi.
23:23 16.05.2026
Oxunuş sayı: 33