Köçəryan: Ermənistanı daha böyük fəlakətlət gözləyir
Ölkənin hazırkı hakimiyyəti müharibə və ərazi itkilərindən tutmuş müttəfiqlərlə münasibətlərin pisləşməsinə və iqtisadi risklərin dərinləşməsinə qədər bütün mümkün səhvləri edib.
Crossmedia.az xəbər verir ki, bunu bu gün Ermənistanın keçmiş prezidenti və baş nazirliyi namizəd olan Robert Köçəryan Vedidə keçirilən seçki kampaniyası zamanı bildirib.
O, hakimiyyətin 5000-dən çox insanın ölümünə və ərazi itkisinə səbəb olan müharibəni qızışdırdığını xatırladıb. Köçəryan, həmçinin ölkə rəhbərliyini müharibədən sonra Ermənistanın öz ərazilərini təhlükə altına qoymaqda günahlandırıb.
O, iddia edib ki, hakimiyyət hazırda vəziyyəti daha da pisləşdirmək yolundadır və ölkəni sosial problemlərə və yoxsulluğa doğru aparır.
19:25 16.05.2026
Oxunuş sayı: 40