BƏƏ Netanyahunun gizli səfərinin sızmasına görə İsrailə nota göndərdi
İsrail baş naziri Benyamin Netanyahunun əvvəllər açıqlanmayan Əbu-Dabi səfəri barədə məlumatların mediaya sızması BƏƏ-də ciddi narazılıq yaradıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İsrailin "I24" agentliyi məlumat yayıb.
Məlumata görə, xüsusilə İsrailin Baş Nazir Ofisinin səfəri təsdiqləməsindən sonra Əmirliklər tərəfi İsrailə rəsmi etiraz notası göndərib.
Bildirilir ki, bu mesaj BƏƏ-nin İsraildəki səfiri Əl-Həcc tərəfindən İsrail Milli Təhlükəsizlik Şurasının əməkdaşlarına birbaşa çatdırılıb.
Mənbənin dediyinə görə, Əmirlik rəsmiləri çox qəzəbli olub və Baş Nazir Ofisindən məxfi məlumatların sızmasının ilk dəfə baş vermədiyini vurğulayıblar.
18:48 16.05.2026
Oxunuş sayı: 42