Çində süd keçisi ilk dəfə kütləvi şəkildə klonlaşdırılıb
Çin alimləri süd keçisinin kütləvi istehsal prosesində ilk uğurlu klonlaşdırılmasını həyata keçiriblər. Bu barədə Çin Dövlət İnformasiya Agentliyi olan Sinxua məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, məlumata görə, safqan nümunələr əsasında dörd erkək və iki dişi keçi əldə olunub. Alimlər bildiriblər ki, yeni texnologiya ənənəvi seleksiya üsulları ilə müqayisədə daha sürətlidir. Belə ki, adi yetişdirmə prosesi 8-10 il davam etdiyi halda, klonlaşdırma texnologiyası bu müddəti əhəmiyyətli dərəcədə azaldır.
Mütəxəssislər hesab edirlər ki, bu nailiyyət heyvandarlıq sahəsində məhsuldarlığın artırılması və yüksək keyfiyyətli cinslərin qorunması baxımından mühüm rol oynaya bilər.
17:20 16.05.2026
Oxunuş sayı: 34