Zelenski: Rusiya Ukrayna rəhbərliyinə sui-qəsd planları hazırlayır
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya tərəfindən ölkənin ali rəhbərliyinə qarşı sui-qəsd planlarının hazırlandığını bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Zelenski qeyd edib ki, bu planlar uzun müddətdir hazırlanır və hazırda yenidən aktivləşdirilib.
“Onlar uzun müddətdir ki, bu planı hazırlayırlar. İndi yenidən aktivləşiblər, harada olduğumuzu, vaxtımızı və hərəkətlərimizi izləməyə çalışırlar. Bu, Ukrayna rəhbərliyinin, kəşfiyyatının və xüsusi xidmət orqanlarının digər üzvlərinə də aiddir”, – deyə dövlət başçısı bildirib.
O əlavə edib ki, Ukrayna xalqı istənilən şəraitdə müstəqillikdən imtina etməyəcək:
“Ukraynalılar müstəqilliklərini Bankova ilə və ya Bankovasız təslim etməyəcəklər”, – deyə Zelenski vurğulayıb.
17:00 16.05.2026
Oxunuş sayı: 42