Tramp: Hər şeyi iki gündə məhv edə bilərdik
ABŞ prezidenti Donald Tramp ABŞ-nin İrana qarşı daha sərt hərbi imkanlara malik olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
O, “Fox News” a müsahibəsində ABŞ-nin mülki infrastrukturu qəsdən hədəf almadığını vurğulayaraq Vaşinqtonun təmkinli siyasət apardığını qeyd edib.
Tramp əlavə edib ki, ABŞ istəsəydi İranın enerji infrastrukturu və mühüm obyektlərini qısa müddətdə sıradan çıxara bilərdi: “Hər şeyi iki gündə məhv edə bilərdik”.
12:20 16.05.2026
Oxunuş sayı: 33