Əraqçı Trampın “səbirsizliyini” gülüşlə qarşıladı
İranın xarici işlər naziri Abbas Əraqçı ABŞ prezidenti Donald Trampın "səbrinin tükəndiyi" ilə bağlı açıqlamasına münasibət bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Əraqçı Hindistanda keçirilən BRİKS sammiti çərçivəsində təşkil olunan konfransda çıxışı zamanı Trampın bəyanatını gülüşlə qarşılayıb.
İranlı nazir qeyd edib ki, hazırda tərəflər sülh və müharibə ilə bağlı ciddi seçim qarşısındadır:
“Əgər onlar danışıqlar aparıb nəticə əldə etmək istəyirlərsə, gözləməyi bacarmalıdırlar. Çünki bu danışıqların ciddi və düzgün nəticələrə ehtiyacı var”, – deyə Əraqçı bildirib.
O əlavə edib ki, Vaşinqtonun yenidən hərbi qarşıdurma yolunu seçməsi ABŞ-nin öz qərarı olacaq:
“Müharibəyə qayıtmaq istəsələr, bu, özlərindən asılıdır. Bizi sınağa çəkiblər. Yenidən sınağa çəkə bilərlər. Amma nəticə fərqli olmayacaq”, – İran XİN başçısı vurğulayıb.
12:03 16.05.2026
Oxunuş sayı: 37