Qətərdən yeni addım: Çin HHM sistemi gündəmdə
Qətər İran dronlarından qorunmaq üçün Çin istehsalı FK-3000 qısa mənzilli hava hücumundan müdafiə sisteminin alınmasını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Məlumata görə, Qətər İnvestisiya Fondu Barzan Holdings vasitəsilə Çin Aerokosmik Elm və Sənaye Korporasiyası tərəfindən hazırlanan bu sistemə maraq göstərir.
FK-3000 mobil hava hücumundan müdafiə sistemi dronlar və digər hava hədəflərinə qarşı istifadə olunur və 300 metrdən 12 kilometrədək təsir dairəsinə malikdir. Sistem avtomatik toplar və qısa-uzun mənzilli zenit raketləri ilə təchiz olunub.
10:37 16.05.2026
Oxunuş sayı: 40