Si Cinpin bu payız ABŞ-yə dövlət səfəri edəcək
Çin lideri Si Cinpin bu payız ABŞ prezidenti Donald Trampın dəvəti ilə ABŞ -yə dövlət səfəri edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Bu barədə Çinin xarici işlər naziri Vanq yi məlumat verib. O bildirib ki, iki lider arasında gözlənilən görüş Çin–ABŞ münasibətlərinin müxtəlif səviyyələrdə inkişafına güclü təkan verəcək.
Vanq yi həmçinin qeyd edib ki, “dinc birgəyaşayış Çin və ABŞ üçün ən böyük ortaq məxrəcdir” və iki ölkə arasında qarşıdurma qlobal miqyasda ciddi fəsadlar yarada bilər, əməkdaşlıq isə qarşılıqlı fayda gətirə bilər.
10:30 16.05.2026
Oxunuş sayı: 45