Kanadada oğlan şagirdlərlə bağlı narahatedici statistika
Kanada və dünyanın müxtəlif ölkələrində məktəblərdə oğlanların təhsildə geri qalması ilə bağlı narahatlıqlar artır.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, statistik göstəricilər oğlanların bir sıra əsas sahələrdə qızlardan geri qaldığını göstərir.
Məlumata görə, Kanadanın Kvebek əyalətində oğlanlar arasında məktəbi yarımçıq tərk etmə faizi 27-dən çoxdur. Qızlarda isə bu göstərici təxminən 20 faiz təşkil edir.
Bundan əlavə, oğlanların universitet təhsilinə davam etmə ehtimalı da daha aşağıdır. Hazırda Kanadada ali təhsil alan tələbələrin yalnız 44 faizi kişilərdir.
Ekspertlərin fikrincə, ənənəvi məktəb sistemi sakit oturmaq, səliqəlilik və qaydalara ciddi əməl etmə kimi xüsusiyyətləri daha çox ön plana çıxarır ki, bu da bir çox oğlan üçün çətinlik yaradır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, məktəbdə uğur qazana bilmədiyini düşünən oğlanlar zamanla təhsildən uzaqlaşır. Bu isə psixoloji problemlər, iş imkanlarının azalması və zərərli onlayn təsirlərə meyli artırır.
Problemin həlli üçün ekspertlər məktəblərdə daha çox fiziki fəaliyyətin təşviq olunmasını və çevik tədris mühitinin yaradılmasını təklif edirlər.
Nigar Xəlilli
00:55 17.05.2026
Oxunuş sayı: 40