ABŞ-də İranla bağlı yeni hərbi planlar müzakirə olunur
ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı "The New York Times" nəşri yayıb.
Nəşrin məlumatına görə, Vaşinqtonda İranla bağlı hərbi ssenarilər və mümkün əməliyyat variantları müzakirə olunur.
Hesabatda qeyd edilir ki, ABŞ administrasiyası regiondakı vəziyyətin inkişafını yaxından izləyir və hərbi təzyiq imkanlarını nəzərdən keçirir.
Hələ ki, məsələ ilə bağlı rəsmi qərar açıqlanmayıb.
09:36 16.05.2026
Oxunuş sayı: 60