Tramp terror əməliyyatı barədə açıqlama verib
ABŞ Prezidenti Donald Tramp İŞİD -in Afrika qitəsindəki liderlərindən birinin məhv edildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, ABŞ prezidenti bununla bağlı açıqlamasında əməliyyatın uğurla həyata keçirildiyini bildirib.
Tramp terror təşkilatına qarşı mübarizənin davam etdiriləcəyini vurğulayıb.
Əməliyyatın harada keçirildiyi və məhv edilən şəxsin kimliyi barədə isə hələlik əlavə məlumat açıqlanmayıb.
09:20 16.05.2026
Oxunuş sayı: 38