Çin lideri ABŞ-yə gedə bilər
Çin lideri Si Cinpin ABŞ prezidenti Donald Trampın dəvətinə cavab olaraq bu payız ABŞ-a dövlət səfəri edəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Çin xarici işlər naziri Vanq Yi Çin məlumat verib.
Vanq Yi bildirib ki, hər iki tərəf iki dövlət başçısı arasında görüşə birgə hərtərəfli hazırlıq görməli, uyğun atmosfer yaratmalı və yeni nailiyyətlər əldə etməlidir.
Nazirin sözlərinə görə, Çin-Amerika münasibətləri dünyanın ən vacib və mürəkkəb ikitərəfli münasibətidir.
Trampın Çinə səfəri zamanı iki lider görüşlər, telefon danışıqları və məktub mübadiləsi yolu ilə əlaqə saxlamaq barədə razılığa gəliblər.
19:09 15.05.2026
Oxunuş sayı: 35