Overçuk: Azərbaycan və Rusiya əməkdaşlığı inkişaf etdirir
Azərbaycan və Rusiya geniş sahələrdə əməkdaşlıq inkişaf etdirir.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk deyib.
Onun sözlərinə görə, ölkələr nəqliyyat və logistika, kənd təsərrüfatı və sənaye sahələrində fəal əməkdaşlıq edirlər.
Xüsusilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafına və Azərbaycanda dəmir yolu infrastrukturunun modernləşdirilməsinə diqqət yetirilir.
18:05 15.05.2026
Oxunuş sayı: 36