Cənubi Koreya parlamenti prezident Yun Sok Yolun impiçmentinə qərar verdi
Cənubi Koreya parlamenti prezident Yun Sok Yolun vəzifədən uzaqlaşdırılması üçün impiçment qərarı qəbul edib. Şənbə günü keçirilən səsvermədə 300 deputatdan 204-ü impiçmentin lehinə, 85-i isə əleyhinə səs verib.
Crossmedia.az xəbər verir ki, hakim Xalq Gücü Partiyasının (PPP) bəzi üzvləri də müxalifətin təklifini dəstəkləyiblər.
Prezidentin hərbi vəziyyət elan etməsi ölkədə kəskin etirazlara səbəb olub. Parlament sədrinin bildirdiyinə görə, impiçment üçün tələb olunan üçdə iki səs çoxluğu təmin edilib.
Hazırda məsələ Cənubi Koreya Konstitusiya Məhkəməsinin müzakirəsinə çıxarılıb. Məhkəmə prezidentin vəzifədən kənarlaşdırılmasını təsdiq etdiyi halda, Yun Sok Yol vəzifəsindən tamamilə uzaqlaşdırılacaq. Məhkəmə qərarına qədər prezident səlahiyyətlərini müvəqqəti olaraq Baş nazir Han Duk Su icra edəcək.
Günəş Məmmədova
10:13 14.12.2024
Oxunuş sayı: 5550