Sidneydə uşaq bayramı qeyd olunub
Avstraliyanın Sidney şəhərində Türkiyə Cümhuriyyətinin 23 Aprel – Milli Suverenlik və Uşaq Bayramı münasibətilə tədbir təşkil olunub.
Crossmedia.az xəbər verir ki, mərasimdə Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayıl Oyta, Güney Azərbaycan Demokratik Türk Birliyinin İnsan Haqları Departamentinin sədri Sara Azərsun, Şimali Kipr Türk Cümhuriyyətinin fəxri konsulu İlkay Yusuf, Türkiyənin baş konsulluğunun nümayəndəsi, professor Cem Genç, eləcə də müxtəlif ölkələrin icma rəhbərləri iştirak ediblər.
Tədbir çərçivəsində Azərbaycan milli geyimləri və bayraqları nümayiş olunub.
Mikayıl Oyta çıxışında bildirib ki, 23 Aprel bayramı uşaqlara həsr olunmaqla yanaşı, gələcək nəsillərə diqqətin artırılmasının vacibliyini xatırladır. O qeyd edib ki, uşaqlara qoyulan sərmayə daha işıqlı və sülh dolu gələcəyin əsasını təşkil edir.
Çıxışda həmçinin vurğulanıb ki, bu cür tədbirlər müxtəlif icmalar arasında birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət edir.
Sonda uşaqların bayramı təbrik olunub və onlara xoşbəxt, uğurlu gələcək arzulanıb.
Fatimə
08:01 27.04.2026
Oxunuş sayı: 137