Türk dünyasında turizm imkanları - 77 milyard dollar nəyi göstərir?
Türk dünyası zəngin tarixi irsi, mədəni müxtəlifliyi və geniş coğrafiyası ilə qlobal turizm xəritəsində mühüm yer tutur. Məhz bu potensialın nəticəsi olaraq, illik turizm gəlirlərinin təxminən 77 milyard dollar səviyyəsində olması diqqətçəkən göstərici kimi qiymətləndirilir.
Bu rəqəm həm regionun turizm imkanlarını, həm də beynəlxalq səviyyədə artan marağı əks etdirir.
Bəs hazırkı şəraitdə türk dünyasının turizm sektoru hansı vəziyyətdədir və açıqlanan bu məbləğ mövcud reallıqla nə dərəcədə üst-üstə düşür?
Mövzu ilə bağlı REAl partiyasının sədri Natiq Cəfərli Crossmedia.az-a açıqlama verib:

"Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin turizm potensialı həddindən artıq yüksəkdir. Bir tək Türkiyənin özü elə dünyada ilk beşlikdədir. Amma son zamanlar Özbəkistanın da bu sahəyə ciddi yatırımlar etdiyini görürük.
Qazaxıstanda da bununla bağlı xüsusi layihələr həyata keçirilir. Xüsusən eco turizmlə bağlı. Azərbaycanın da turizm sahəsində böyük perspektivləri var. Sadəcə bu perspektivləri reallaşdırmaq lazımdır.
Onun üçün də quru sərhədlərin də açılması yaxın zamanda öz həllini tapmalıdır ki, turizmin inkişafına töhfə olsun. Bakı-Tiblisi-Qars dəmir yolu türk dünyasının turizm marşurutlarından birinə çevrilə bilər. Məhz buna görə quru sərhədlərinin açıq olması vacibdir".
Ayhan
13:20 16.04.2026
Oxunuş sayı: 1148