CROSSMEDIA - Gürcüstan müxalifətinin prezident seçkilərini pozmaq planı açıqlanıb
Xarici xəbərlər

Gürcüstan müxalifətinin prezident seçkilərini pozmaq planı açıqlanıb

Gürcüstanda mitinq təşkilatçıları dekabrın 14-də prezident seçkilərini pozmağı və bu məqsədlə vəziyyəti maksimum gərginləşdirməyi planlaşdırırlar.
Crossmedia.az xarici mətbuata istinadla xəbər verir ki, etiraz aksiyasının təşkilatçıları prezident seçkilərinin baş tutmamasını planlaşdırır:
"Əldə edilmiş məlumata görə, destruktiv və cinayətkar fəaliyyətlərin təşkilatçıları bu il dekabrın 14-nə təyin edilmiş prezident seçkilərinin baş tutmamasını və bütün vasitələrlə altıncı Gürcüstan prezidentinin seçilməsinə mane olmağı planlaşdırırlar. Bu da süni şəkildə hakimiyyət böhranına səbəb olacaq", - bəyanatda vurğulanıb.

Məlumatda vətəndaşlara etiraz təşkilatçılarının planının iştirakçısı və ya qurbanı olmamaq üçün maksimum ehtiyatlı olmağa çağırış da var:

“Cinayət əməllərinin təşkilatçıları insanları qurban verməklə etiraz yükünü gücləndirməyə və radikal əhvali-ruhiyyəni təşviq etməyə çalışacaqlar”, - məlumatda bildirilib.

Nəzrin Salmanova

15:25 10.12.2024

Oxunuş sayı: 23560

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR