Güney Azərbaycan milli hərəkatında bayraq məsələsi
Son vaxtlar həm ölkə daxilində, həm də xaricdə yaşayan milli aktivistlərin müxtəlif səviyyəli tədbirlərdə özünü ifadə forması kimi əlində daşıdıgı bayraqlar, simvollar, şuarlar ciddi məna daşımaga başlayıb və diqqəti cəlb edir.
Əlində daşıdıgı plakatda “Azadlıq, Ədalət və Milli Hökumət” şuarını yayan bir şəxsin fikri, ideyası və istəkləri aydın şəkildə özünü ifadə edir.
Seyid Cəfər Pişəvərinin şəklini əlində daşıyanlar da son dərəcə konkret mövqelərini ifadə edir. Bu insanlar S.C.Pişəvərini görməyiblər, onun siyasi mübarizəsində bəlkə də iştirak etməyiblər, lakin xalqın dilində dastan olmuş bu böyük şəxsiyyətin gördiyi işləri bilirlər və bu gün də onu dəstəkləyirlər.
Siyasi simvollar və ya simvollaşmış siyasi şəxsiyyətlərin şəkli konkret fikir və mövqeyi ifadə edir. Lakin bayraq daşıyanlar və bununla da fikir, mövqe ortaya qoyanları bir çox hallarda anlamaq olmur. Məsələn “Traktor” komandasının bayragı simvollaşmış bir bayraqdır. Bu bayraq Azərbaycanın birlik simvoluna, həmrəylik simvoluna, güc və iradə simvoluna çevrilib, xalq tərəfindən sevilib və dəstəklənib. Lakin son nəticədə bu bir şirkətin bayrağıdır, şirkət tərəfindən təsis olunub və legitimliyi müəyyən edilir.

Təbriz və Azərbaycanın müxtəlif şəhərlərində milli azadlıq nümayişlərində Milli Hərəkatın bayragı adı ilə nümayiş olunan bayraq da simvollaşıb və insanlar onu görərkən bir milli düşüncə ifadəsi oldugunu hesab edirlər. Lakin bu bayraq və ona oxşadılan çox sayda fərqli bayraqlar mətbuatda, internetdə Cənubi Azərbaycan bayrağı olaraq təqdim edilir, bunların heç birinin hüquqi əsası yoxdur. Əlbəttə ki, bu bayraqları da formalaşdıranlar onu Azərbaycan Respublikasının bayraq atributlarına uygunlaşdırmaga çalışmış və əslində xoş məram göstərmişlər. Lakin bilməliyik ki, Cənubi Azərbaycan Milli Hərəkatı adı ilə təqdim olunan hər bir bayraq modeli tirajlanır, internetdə, mətbuatda öz əksini tapır və bir müddətdən sonra suallar ortaya çıxır ki, bu bayraqlar nədir, kimi təmsil edir və niyə bu qədər çoxdur.


Azərbnaycanda insanları bir araya toplayan, milli kimliyin simvoluna çevrilən hər bir bayraq, hər bir simvol bizim üçün əzizdir. Bir çox hallarda bayraq ətrafında insanlar birlik yaradır, mütəşəkkil olur və onu simvola çevirirsə, bir mənalı olaraq, biz bunu dəstəkləyirik və onu qəbul edirik. Azərbaycanın tarixi boyu bayraq mühüm əhəmiyyət daşımışdır. Xüsusilə də Səttarxan bayrağı.
Azərbaycanın Məşrutə hərəkatı zamanı da bayraq təsis edənlər olmuşdu və bu bayraqlardan ən tanınmışı Səttarxanın tərəfindən Təbriz Əncuməni üçün təsis etdiyi bayraq idi. Bu bayraq hüquqi statusa malik idi, çünki konstitusiya hərəkatının qələbəsilə əldə olunmuş bir hüququn həyata keçirilməsi hesab edilirdi.
Diqqəti cəlb edən odur ki, Səttarxan bayragında ifadə olunan simvollar sonradan Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən, daha sonra da Azərbaycan Respublikası tərəfində simvol olaraq qəbul edildi. Bu gün Azərbaycan Respublikasının Bayragında dalqalanan ay və səkkizguşə ulduz milli varisçiliyin ən mükəmməl nümunəsidir. Səttərxan öz bayrağı üçün ay və səkkizguşə ulduzu simvol olaraq qəbul edəndə nə Türkiyə Cumhuriyyəti yox idi, nə də Azərbaycan Xalq Cumhuriyyəti.

Azərbaycanın dövlətçilik tarixində çox sayda mövcud olan bayraq nümunələri Bakıda təşkil olunmuş Bayraq muzeyində nümayiş edilir.
Şeyx Məhəmməd Xiyabaninin təsis etdiyi “Azadistan” bayraqı son dərəcə sadə olsa da bizim üçün mötəbərdir və əzizdir. Bir çox mənbələr, xüsusilə də, xarici mənbələr Xiyabani hərəkatını qiyam olaraq adlandırırlar. Ancaq kim nə deyirsə desin, bilik ki, Xiyabani hərəkatı cənubi Azərbaycanda milli kimliyimizin formalaşmasında bir mərhələ idi, keçilməsi vacib olan bir yol idi və xalqımız bu yolu keçdi.

Cənubi Azərbaycan siyasi mühitində qaldırılmış bayraqlar içərisində ən legitim hesab edilən bayraq 1945-ci ildə Təbriz şəhərində elan olunmuş Milli Hökumətin bayragıdır. Bu bayragın eskizi hazırlanmış, mütəxəssislər tərəfindən müzakirə olunmuş və dövlət orqanları tərəfindən səsvermə yolu ilə qəbul edilmişdir. Bundan sonra bir il müddətində Azərbaycan Milli Hökumətini təmsil etmişdir.
Cənubi Azərbaycanın milli hərəkatı və 1945-1946-cı illərdə fəaliyyət göstərən milli hökumətin tarixçəsi ilə tanış olanlar bilirlər ki, bu bayragı Pəhləvi rejimi qəbul etmirdi və aparılan danışıqlar zamanı bir dövlətin bir bayragı olar siyasəti irəli sürülürdü.
Sovet Hökuməti də bu bayragı rəsmi olaraq qəbul etmədi. Lakim biz ki, onu qəbul edirdik. Bu bayraq yolunda əlli min insanın şəhid oldugunu, sürgün edildiyini, mühacirət etdiyini də bilirik. Mühacirət illərində bu bayraq və gerbin qorunub saxlanılması üçün xeyli işlər görüldü. İranın faşıst hökuməti milli bayraq və gerbin kimsənin əlində tutarsa edam edər təhdidi bu günə qədər də davam edir. Azərbaycanın ligitim olan Milli Hökumətinin bayragına görə veruləcək cəzanın agırlıgından qorxaraq fərqli və qeyri müəyyən bayraq nümunələrini daşıyanları da anlamaq olar. Sadəcə qorxurlar və bu anlaşılandı.
Bəzi məlumatsız şəxslər və ya bəziləri bilərəkdən, Milli Hökumətin bayragını Azərbaycan Demokrat Firqəsinin bayragı olaraq təqdim edərək onun əhəmiyyətini, funksiyasını azaltmaq, gözdən salmaga çalışırlar. Bəzi təftişçi (revizionist) çıxışlarda bayragın rəngi və ifadə etdiyi atributların mənası haqqında müxtəlif fikirlər irəli sürən, bayragı bəyənməyənlər, yeni ideyalar ifadə edənlər də var ki, bunlara bildirilməlidir ki, yeni yaradılaçaq Milli Hökumətə və onun Milli Məclisinə öz layihələrinizi və bayraq eskizlərinizi təqdim edərək xalqın seçiminə verə bilərsiniz. Lakin hər bir kiçik qrup adından hazırlanmış bayragı Çənubi Azərbaycanın Milli Bayragı olaraq təqdim etmək bu müqəddəs mübarizə yolunu “ucuz” və hörmətsiz etməyə xidmət edir.

Azərbaycan Milli Hökumətinin bayragında yer almış Milli Hökumətin gerbi o illərdə (1945-ci il) Sovet Azərbaycanının gerbinə oxşadılaraq hazırlanmışdır. Lakin gerbdə yer alan bəzi atributlar, məsələn, Sovet Azərbaycanı gerbinin ortasında yerləşən oraq-çəkic məşəllə əvəz edilmiş və bununla da sovet hakimiyyətinin proletariat və kəndli ittifaqı ideyasından imtina olunmuşdu. Eləcə də, neft qülləsi olan hissəyə xalça qoyulması da xüsusi məna daşıyırdı.
Bu bayraq Milli Hökumətin bütün rəsmi binalarının girişində asılmışdı. Milli Hökumətin silahlı qüvvələri, fədai dəstələrinin önündə bu bayraq aparılırdı. Təbrizdə keçirilən hərbi paradda nümayişçilər bu bayragın altından keçiridilər. Şah qoşunu ilə kiçik dəstələrlə vuruşan Azərbaycan əsgərləri də bu bayragı qaldırmışdılar. Bütün bunlar məlumdur. Bəs nə oldu ki, yeni bayraqlara, yeni simvollara, yeni ifadə formalarına ehtiyac ortaya gəldi?
Belə düşünmək olar ki, yeni simvollar axtarışı yalnız koklü və tarixi simvolların silinməsinə, gözdən salınmasına xidmət edir. Əgər nümayişə çıxanların biri cəsarət edərək, Səttərxan bayragını qaldırsa çox böyük simvolik mənası və maariflənfirici funksiyası ola bilər. Lakin bunu edən yoxdur.

Əlbəttə ki, Azərbaycan Demokrat Firqəsi və bütün azərbaycanlılar Azərbaycan Milli Hökumətinin bayragına sahib çıxacaq. Bütün nümayiş və tədbirlərdə milli hərəkatı məhz bu bayraqla ifadə edəcək. Bu bayraq Azərbaycanın “bayraq muzeyində” öz yerini alıb və güney Azərbaycanın mədəni tarixində də əbədi olaraq qalacaq.
Güney Azərbaycan milli hərəkatının nümayəndələri də bilməlidir ki, əməldə birlik vahid somvollardan dəyərələr sistemindən başlayır. Milli Hökumətin Bayragı milli, dünyəvi və azad dövlətçilik istrəklərimizin simvoludur, qiymətlidir və bərabəri yoxdur.
Xalq şairi Bəxtiyar Vahabzadə bayraq haqqında deyirdi: - Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq-öz yurduma öz hakimliyim.
Bayraq - azadlığımızın nişanəsidir, and yerimizdir, bayraq - var olmağımız, imzalar içində İMZAMIZDIR.
13:42 01.04.2026
Oxunuş sayı: 1243