Avropa Komissiyası ABŞ–İran danışıqlarında əldə olunan irəliləyişi müsbət qiymətləndirib
Avropa Komissiyasının prezidenti Ursula von der Leyen bildirib ki, ABŞ və İran arasında mümkün razılaşma istiqamətində atılan addımlar diplomatik həll üçün vacib mərhələdir.
Crossmedia.az xəbər verir ki, onun sözlərinə görə, Avropa Birliyi İranla bağlı davamlı və sabit diplomatik həll yolunun tapılması istiqamətində fəaliyyətini davam etdirəcək.
Fon der Leyen vurğulayıb ki, İranın nüvə silahı əldə etməsinə yol verilməməlidir və Tehranın bölgədə gərginlik yaradan addımları dayandırması vacibdir.
O, həmçinin strateji əhəmiyyət daşıyan Hörmüz boğazında naviqasiya azadlığının qorunmasının beynəlxalq təhlükəsizlik və enerji tədarükü baxımından mühüm olduğunu qeyd edib.
“Bizə gərginliyi real şəkildə azaldacaq, Hörmüz boğazını açıq saxlayacaq və tam naviqasiya azadlığını təmin edəcək razılaşma lazımdır. İranın nüvə silahı istehsal etməsinə icazə verilməməlidir”, — deyə Avropa Komissiyasının prezidenti bildirib.
21:05 24.05.2026
Oxunuş sayı: 42