Azərbaycan və Özbək xalqları tarix boyu bir-birinə yaxın, ortaq dəyərləri bölüşən qardaş xalqlar olub - Dosent
Azərbaycan və Özbək xalqları tarix boyu bir-birinə yaxın, ortaq dəyərləri bölüşən qardaş xalqlar olub.
Bu fikirləri Ingla International ETC-nin təşkilatçılığı ilə keçirilən Özbəkistan Ali Təhsil Müəssələrinin Üçüncü sərgisinin iştirakçıları üçün təşkil olunan gəzninti zamanı Crossmedia.az-a açıqlamasında Səmərqənd Arxitektura memarlıq universtetinin dosenti İlhom Sobirov bildirib.
O, hazırda paytaxt Bakı şəhərində keçirilən, Azərbaycan və Özbəkistanın təhsil qurumları tərəfindən təşkil olunmuş tələbə mübadiləsi və gənclər əməkdaşlığına həsr edilən beynəlxalq forumda iştirakdan çox məmnun olduğunu qeyd edib:
"Azərbaycan və Özbək xalqları tarix boyu bir-birinə yaxın, ortaq dəyərləri bölüşən qardaş xalqlar olub. Dillərimiz, dinimiz, milli-mənəvi dəyərlərimiz və mədəniyyətimiz arasında böyük oxşarlıqlar mövcuddur. Əcdadlarımız əsrlər boyunca bu dostluq və qardaşlıq münasibətlərini qoruyub saxlayaraq gələcək nəsillərə ötürüblər.
Bu gün isə həmin münasibətlər gənclər tərəfindən uğurla davam etdirilir. Azərbaycan və Özbəkistan arasında keçirilən çoxsaylı tədbirlər, forumlar və layihələr iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. Xüsusilə təhsil sahəsində təşkil olunan bu cür görüşlər və müzakirələr qardaşlığımızın ən gözəl nümunələrindən biridir.
İnanırıq ki, bugünkü forumun nəticəsi olaraq gələcəkdə daha çox azərbaycanlı tələbə Özbəkistanda, özbək tələbələr isə Azərbaycanda təhsil almaq imkanı əldə edəcək, müxtəlif ixtisas və peşə sahələri üzrə bilik və təcrübələrini artıracaqlar. Əgər əvvəllər bu istiqamətdə müəyyən imkanlar mövcud idisə, bu gün həmin imkanlar daha da genişlənir və inkişaf edir.
Dosent həmçinin bu əlaqələr hər iki dövlətin başçılarının mühüm rolunun olduğunu qeyd edib:
"Hesab edirəm ki, gələcəkdə Azərbaycan və Özbəkistan gəncləri arasında dostluq münasibətləri daha da güclənəcək, əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaq. Bu münasibətlərin inkişafında, əlbəttə ki, hər iki dövlətin rəhbərlərinin, xüsusilə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən həyata keçirilən siyasətin mühüm rolu var".
Elmir Heydərli
16:35 24.05.2026
Oxunuş sayı: 63