ABŞ–İran gərginliyi yenidən artır: Yeni müharibə qapıdadır? - MÜSAHİBƏ
ABŞ və İran arasında davam edən gərginlik regionda təhlükəsizlik vəziyyətini yenidən kəskinləşdirib. Müvəqqəti atəşkəs və vasitəçilik cəhdlərinə baxmayaraq, tərəflər arasında etimadsızlıq qalmaqda davam edir və aparılan danışıqlar konkret nəticə vermir. Hər iki tərəfin sərt mövqeləri, qarşılıqlı ittihamlar və bölgədə baş verən hərbi-siyasi hadisələr vəziyyətin sabitləşməsinə imkan yaratmır.
Bu prosesdə təkcə ABŞ və İran deyil, eyni zamanda İsrail və digər regional aktorlar da mühüm rol oynayır. İsrailin təhlükəsizlik maraqları və daha radikal yanaşması, bəzi hallarda diplomatik təşəbbüslərin zəifləməsinə və gərginliyin artmasına səbəb olur.

-
Məncə, diplomatik kanal hələ
bağlanmayıb. ABŞ ilə İran arasında məsələnin diplomatik yolla həllinə nail
olunması mümkündür. Xüsusilə nəzərə almaq lazımdır ki, müharibədə İranın hərbi-siyasi
elitasının bir çox nümayəndələri nöqtə atışları ilə aradan qaldırılsa da, İran
Prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçı öldürülmədilər.
Düşünürəm ki, bu təsadüfi deyil və məqsədli şəkildə həmin şəxslər aradan
götürülmədilər. İranın xarici işlər naziri Abbas Əraqçı yaxşı diplomatdır. Növbəti
mərhələdə onunla danışıqlara ehtiyac ola bilər. İkincisi, Pezeşkian daxildə
daha konstruktiv mövqeyə sahibdir. Hazırda İranın hərbi-siyasi elitasında
dominant mövqeyə malik olan İran İslam İnqilabı Keşikçiləri Korpusundan, yəni
SEPAH-dan fərqli olaraq, Pezeşkian danışıqlarda konstruktiv həllin tərəfdarıdır.
Abbas Əraqçı da onun komandasındandır. Bu iki şəxs aradan götürülməyibsə, deməli,
danışıqlar ehtimalı ABŞ üçün hələ də keçərlidir. Üstəlik, düşünmürəm ki, ABŞ növbəti müharibə istəsin.
Çünki onsuz da bu müharibə Ağ Ev rəhbəri Donald Trampın reytinqini xeyli aşağı
saldı. ABŞ İranda Venesuela ssenarisini təkrarlaya bilmədi. Belə olan halda
düşünürəm ki, mümkün danışıqlar hələ də keçərlidir.
-
İsrail bu prosesdə, yəni
ABŞ-İran danışıqlarının baş tutmasında və ya növbəti müharibənin başlanmasında
hansı rola və təsirə malikdir?
-
İsrail çox istəyərdi ki,
müharibə başlasın. İsrail mümkün qədər çalışır ki, danışıqlar baş tutmasın.
Bunu 12 günlük müharibə ərəfəsində də etmişdi. ABŞ və İran masaya oturmaq üzrə
idi ki, İsrail İrana hücum edərək tərəflər arasında razılığın əldə olunmasının
qarşısını aldı. İndi də buna nail olmağa çalışır. Çünki birincisi, ABŞ-nin
İranla bağlı maraqları İsrailin İranla bağlı maraqları ilə eyni deyil. İsrail
İranı ümumiyyətlə aradan qaldırmaq niyyətindədir və İranla bağlı daha radikal
düşüncələrə malikdir. ABŞ isə sadəcə öz strateji məqsədlərinə çatmaq istəyir.
İkincisi, İsrail ABŞ-nin dəstəyini hiss etmək istəyir. Başa düşür ki, nə qədər
ki İranla müharibə gedir, ABŞ İsraili dəstəkləməyə məcburdur. Üçüncüsü və bəlkə
də, ən vacibi, İsrailin baş naziri Benyamin Netanyahu başa düşür ki, onun
hakimiyyəti bu müharibələrin gedişatından və nəticəsindən asılıdır. Müharibələr
dayansa, daxildə Netanyahuya qarşı aksiyalar başlaya bilər və o, hakimiyyətdən
gedə bilər. O baxımdan, rəsmi Tel-Əviv mümkün qədər çalışır ki, proseslərə mane
olsun.
-
İran tələb qoyub ki,
Livanda atəşkəs olsun. Sizcə, İranın bu tələbi ABŞ və İsrail arasındakı münasibətlərə
hesablanmış bir tələ ola bilərmi?
-
İran çalışır ki, İsraillə
ABŞ arasında narazılıq yaratsın və ABŞ-nin İsrailə dəstəyinin azalmasına, nəticədə
isə İsrailin ABŞ-dan “inciməsinə” gətirib çıxarsın.
-
Yenidən müharibə başlasa,
bunun ən pik nöqtəsi sizcə nə olar və ABŞ ilə İran arasında növbəti müharibə
Rusiya və Çinin proseslərə aktiv müdaxiləsi ilə nəticələnə bilərmi?
- Fikrimcə, əgər müharibə başlasa, bunun nəticələri daha ağır olacaq. Biz Çinlə Rusiyanın əvvəlki müharibəyə nisbətən İrana daha aktiv dəstəyinin şahidi ola bilərik. Bunu ABŞ başa düşməmiş deyil. O baxımdan ABŞ üçün müharibə artıq B, bəlkə də C planıdır. İran da müharibə istəmir, amma növbəti müharibə başlasa, bunun nəticələri daha ağır olacaq. Bu isə təkcə təhlükəsizlik sahəsində deyil, həm də ekoloji məsələlərdə, qida böhranında və inflyasiyada özünü göstərəcək.
BDU-nun
Jurnalistika fakültəsinin III kurs tələbəsi
18:33 18.05.2026
Oxunuş sayı: 56