Hantavirus barədə bizi aldadırlar?- Vaksini var, amma...
Dünya iqtisadiyyatı və Azərbaycan (Layihənin müəllifi Rüfət Quliyevdir)
Son günlər
bütün dünyanın müzakirə etdiyi əsas məsələlərdən biri hantavirusdur. Bir neçə il
əvvəl koronavirus pandemiyası dövründə olduğu kimi, indi də müxtəlif fərziyyələr
irəli sürülür. Həkimlər bunun təbii virus, siyasətçilər isə silah olduğunu iddia
edirlər. Bəs həqiqət nədir? İnsanlardan hansı həqiqətlər gizlədilir?
Milli Məclisin dörd çağırış deputatı, iqtisad elmləri doktoru, professor Rüfət Quliyev bu barədə Crossmedia.az-a danışıb: “Bəşəriyyətdə heç nə səbəbsiz və birdən – birə olmur. İstənilən prosesin arxasında nəsə dayanır. Qədim filosoflar, alimlər də bunu təsdiqləyirlər. Təbiətdə minlərlə virus və mikroblar var. İnsanlar iki min 500 ildən çoxdur o viruslarla yaşayır. Amma səhiyyə o qədər inkişaf edib ki, bu xəstəliklərin çoxunun yayılmasının qarşısı alınır. Məsələn, XVI- XVII əsrlərdə yayılmış, çoxlu insan tələfatına səbəb olmuş xəstəliklər indi elə də təhlükəli deyil. Bəzi xəstəliklər, o cümlədən xərçəng isə hələ tam həllini tapmayıb. Amma bu istiqamətdə də uğurlu addımlar atılır. Səhiyyə də bazar iqtisadiyyatı şəraitində inkişaf edir. Ona görə bəzi neqativ hallar hələ mövcuddur. Məsələn, dünyada 15 faizə qədər insan şəkər xəstəsidir. Aparıcı səhiyyə ocaqları diabetin qabağını tam ala bilərlər. Lakin dünyada 4- 5 nəhəng farmakoloji kampaniya var ki, onlara bu xəstəliyin kökündən həlli sərf etmir. Onların maraqlarına uyğun olan fəsadları yüngüllüşdərmək üçün külli miqdarda bahalı preparatlardan istifadədir. Bəzi farmakoloji kampaniyalar müəyyən xəstəliklərin tam müalicəsini gizlədirlər. Məsələn, diabetin tam həlli var. Hər il hərbi xərclərə trilyonlarla vəsait gedir. Bu rəqəm intensiv şəkildə artır”.

O,
dünyada gedən proseslərə xüsusi diqqət çəkib: “Keçən il ABŞ-də 980 milyard
dollar hərbi xərclər üçün nəzərdə tutulmuşdu. Bu gün hakimiyyət Konqresi məcbur
edir ki, 1.5 trilyon dollardıq büdcə ayrılsın. Bu tendensiya bütün ölkələrdə müşahidə
olunur. Bu gün doqquz ölkədə nüvə silahı var. Hər il doqquz ölkə nüvə silahına qulluq üçün yüz milyard dollardan yuxarı vəsait ayırırlar. Amma sosial məsələlər qalır
kənarda. Dünyanın ümumi hərbi xərclərinin 10 faizi insanlar üçün xərclənsə idi, dünyada aclıq tam həll oluna bilərdi. 20 faiz həcm isə dünyada səhiyyə
problemlərinin əksəriyyətinin həlli və insan ömrünün 110- 120 ilə qədər
uzanması deməkdir. Alimlər, siyasətçilər bunu təsdiqləsələr də, dünya başqa
istiqamətdə hərəkət edir. QİÇS, SPİD infeksiyaları heç də təsadüfi deyil.
Ümumiyyətlə, bəşəriyyəti məhv etmək gücündə olan virusların əksəriyyəti gizli
laboratoriyalarda sızma nəticəsidir. Əsas sual budur ki, niyə belə xəstəlikər
100- 200 il əvvəl müəyyən olunmamışdı? Quş qripi, donuz qripi və s. də bu qəbildəndir.
Həmçinin COVİD- 19 pandemiyası iki il ərzində bəşəriyyəti sarsıtdı. Bu xəstəliklərin
detalları hələ də məlum deyil. Ola bilsin, bəzi varlı adamlar bilərəkdən buna
imkan vermirlər. Bəzi iddialara görə bu viruslar bilərəkdən yaradılır və gələcək
müharibələrdə istifadə olunur. Maltus nəzəriyyəsinə görə, insanlar sayı durmadan
artır və bunun qarşısını hansısa yolla almaq lazımdır. Hətta deyilirdi ki, ağ dərili
olmayan insanlara təsir edə biləcək xüsusi virus axtarılırdı. Müxtəlif nəzəriyyələrə
görə belə virusları xüsusi laboratoriyalarda hazırlayırlar. Yeganə maraq
iqtisadi – maliyyə faktorları ilə bağlıdır. İddialara görə, bir milyard əhali
dünya üçün kifayətdir. Onların təxminən 200 mini varlı olacaq, qalanları həmin
adamlara xidmət edəcək. Bu gün dünya məhkəmələrində bir neçə kriminal məsələyə
baxılır. Bunlardan biri də vanksinlərin satışı və istehsalı ilə bağlıdır. Hətta
Avropanın liderlərindən birinə ittiham qaldırılıb ki, o, farmokoloji
kampaniyalarla gizli danışıqlar aparıb. Yayılan məlumata görə, o, vaksinlərdən
yüz milyondan yarım milyarda qədər pul qazanıb. Əgər dünyada belə adamlar
varsa, deməli, həqiqətən, deyilənlər doğrudur. Yəni bu cür məsələlərdə maraqlı olan konkret adamlar var. Onlar hərbi- bioloji kontekstdən məsələyə yanaşırlar. Doğrudur, mən həkim deyiləm, məsələyə iqtisadçı nöqteyi - nəzərdən yanaşıram. Kazma Prutkov deyirdi ki, istənilən məsələyə yanaşarkən baxmaq laızmıdr ki, bu, kimə lazımdır? Məncə, bu məsələlər iri şirkətlərə lazımdır. Məsələn, qriplə bağlı hər il fərqli baha preparatlar meydana çıxır. Beləliklə, bu məsələlər daha çox hərbi və farmakoloji kooperasiyalara maraqlıdır. Mən k”.
Professor xatırladıb ki, tarixən yüz ildə bir dəfə pandemiyaya oxşar vəziyyət yaranıb: “Lakin bu gün nəzəri baxımdan heyvandan insana keçməsi mümkün olmayan xəstəliklərə cəmiyyətdə rast gəlinir. Bu, göstərir ki, həmin viruslara laboratoriyalarda genetik müdaxilə olunur. Beləliklə, həmin virusların qısa müddətdə insandan insana keçməsinə şərait yaradılır. Bu prosesin arxasında maddi qazanc və dünyanı idarə etmək məqsədi dayanır. Hantavirusla bağlı isə onu deyim ki, belə bir virusun olması barədə məlumat verilirdi. Keçən əsrin 70 – ci illərində mütəxəssislər onun müəyyən ştamlarını ayırmışdılar. Amma Pensilvaniya ştatının araşdırmalarına görə bu virusun 900 yaşı var. Çində XII əsrdə bu xəstəliyin simptomlarının insanlarda olduğu da bildirilir. Britaniyada XIV- XVI əsrlərdə “İngilis tərləməsi” xəstəliyi olub. Koreya müharibəsindən sonra BMT-nin 3 mindən çox əsgəri bu xəstəliyə yoluxmuşdu. Ancaq o zaman səhiyyənin səviyyəsi imkan vermirdi ki, bu, araşdırılsın”.

R.Quliyev hantavirus barədə də danışıb: “Hantavirus adətən gəmiricilərdən keçir və insanlara yoluxmur. Çox nadir hallarda insanlara yoluxur. Ona görə pandemiya səviyyəsində çatsa da, elə ciddi olmur. Hantavirusa qarşı vaksin dünyada keçən əsrdən var, amma onun ancaq Çin və Cənubi Koreya tətbiqinə icazə verilir. ABŞ ekspertlərinin fikrincə, bu virus insandan insana keçə bilməz. Amma Fransada bu xəstəlik ciddi narahatlıq yaradıb. Parisdə tibbi maskalar ciddi bahalaşıb, qiymət beş avrodan yeddi avro yarıma qalxıb. Yəni insanlar manipulyasiya olunur. Düşünürəm ki, gigiyena məsələsinə diqqətlə yanaşılmalıdır. COVİD nəticəsində dünya iqtisadiyyatında səkkiz faizə yaxın geriləmə oldu. Xəstəlikdən qazanan bəzi varlı adamları istisna etsək, hər kəs uduzdu. Çalışmaq lazımdır ki, problemlər yaranmasın, çünki onlar yaranandan sonra mübarizə çətin olur. Məncə, bəzi şəxslər başa düşürlər ki, milyonlarla insanın həyatı ilə oynamaq ciddi faciələrə yol aça bilər. Amma inanıram ki, belə olmayacaq. Bəşəriyyəti idarə edən insanlar anlayırlar ki, insanlar başqa planetə köçməsi nəzərdə tutulmur. Deməli, həmı bu planetdə yaşamalıdır. BMT, təəssüf ki, “dişsiz”, hörmətsiz quruma çevrilib və bu kimi problemlərin köklü həllinə nail ola bilmir. Dünyanın yenilənməyə ehtiyacı var. Elə məsələlər var ki, onlar bir və iki qitədə yox, bütün dünyada həllini tapmalıdır. Yeri gəlmişkən, biz Azərbaycan dövlətinin qədrini bilməliyik. Dörd tərəfimizdı ciddi problemlər var. Asiya və Avropada Azərbaycan yeganə ölkədir ki, sakitlik təmin olunub, insanlar sabaha ümidlə baxır”.
Crossmedia.az analitik - informasiya portalının redaktoru
18:25 18.05.2026
Oxunuş sayı: 55