Azərbaycan II Liqasının qalibi müəyyənləşib
Azərbaycan II Liqasının qalibi müəyyənləşib.
Crossmedia.az xəbər verir ki, sonuncu - XXVII turda səfərdə "Şəmkir" komandasına qalib gələn lider "Xankəndi" çempion olub.
Səfərdə 1:0 hesablı qələbə qazanan kollektiv 76 xalla I Liqaya vəsiqə əldə edib.
Onun ən yaxın izləyicisi "Qaradağ Lökbatan" isə turnir cədvəlini 71 xalla ikinci sırada tamamlayıb. Lökbatan təmsilçisi I Liqanı 9-cu sırada tamamlayacaq komanda ilə pley-off matçında qarşılaşacaq. Qələbə qazanan tərəf 2026/2027 mövsümündə I Liqada təmsil olunacaq.
19:03 18.05.2026
Oxunuş sayı: 36