Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsi nə zaman olacaq?
Kiyev Ukrayna ilə bağlı danışıqların növbəti mərhələsinin keçiriləcəyinə dair heç bir siqnal verməyib. Moskva Ukrayna məsələsi ilə bağlı Vaşinqtonla daim əlaqə saxlayır.
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
"Dünən demişdim ki, Ukraynadan heç bir siqnal yoxdur. Biz ABŞ ilə, o cümlədən Ukrayna məsələsi ilə bağlı daim əlaqə saxlayırıq. Vaxtı çatanda və sizin üçün bir məlumatımız olanda, əlbəttə ki, onu paylaşacağıq".
19:36 18.05.2026
Oxunuş sayı: 134