Ukrayna Belarusun savaşa hazırlaşması barədə məlumat yayıb
Belarus gizli qoşun hərəkətinə hazırlaşa bilər. Hakimiyyət ölkənin 19 rayonunda meşələri bağlayıb.
Crossmedia.az xəbər verir ki, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin keçmiş rəis müavini Viktor Yaqu deyib.
Onun sözlərinə görə, bağlanmış rayonların əksəriyyəti Ukrayna, Polşa və Litva ilə sərhədlərin yaxınlığında yerləşir.
Mümkün marşrutlar arasında o, Volını, xüsusən də Kovel və Lutsk bölgələrini, eləcə də Rovne Atom Elektrik Stansiyasının yerləşdiyi Sarnı-Rivne-Varaş marşrutunu vurğulayır.
Digər potensial alovlanma nöqtəsi NATO-nun təhlükəsizlik sistemində ən həssas nöqtələrdən biri hesab edilən Suvalki boşluğudur.
Lakin Yaqun vurağulayır ki, hazırda diqqət daha çox daimi təhlükə yaratmaq və Ukraynanı və müttəfiqlərini sərhədlərin yaxınlığında əhəmiyyətli qüvvələr saxlamağa məcbur etmək cəhdlərinə yönəlib.
19:00 18.05.2026
Oxunuş sayı: 45