Süni intellektin sıradan çıxara bilməyəcəyi üç peşə açıqlanıb
Texnologiya milyarderi Bill Qeyts süni intellekt dövründən sağ çıxacaq üç peşənin adını çəkdi.
Crossmedia.az "The Economic Times"-a istinadən xəbər verir.
O, qeyd edib ki, 10 ildən sonra süni intellekt əksər peşələri əvəz edəcək, lakin aşağıdakılar qalacaq:
→ Proqramçılar - onlar neyron şəbəkələrinin özlərini qorumaq və təkmilləşdirmək üçün vacibdirlər.
→ Enerji mühəndisləri - insan təcrübəsi strateji qərarlar və böhranların idarə olunması üçün vacibdir.
→ Alimlər (xüsusilə bioloqlar) - elmi kəşflərin arxasındakı yaradıcılıq və intuisiya hələ süni intellekt üçün əlçatan deyil.
19:50 18.05.2026
Oxunuş sayı: 50