Paşinyan seçki kampaniyasında sərt ifadələr səsləndirib
Ermənistanın baş naziri Nikol Paşinyanın seçki kampaniyası zamanı vətəndaşlarla yaşadığı dialoq ölkə gündəmində rezonans doğurub.
Crossmedia.az bu barədə erməni mediasına istinadən xəbər verir.
Məlumata görə, bir qadın Paşinyana yaxınlaşaraq onu sərt şəkildə tənqid edib və ölkədəki vəziyyətlə bağlı narazılığını ifadə edib.
Buna cavab olaraq Paşinyanın emosional şəkildə bəzi sərt ifadələr işlədiyi və siyasi rəqiblər və onların ailələri ilə bağlı tənqidlər səsləndirdiyi bildirilir.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
17:32 18.05.2026
Oxunuş sayı: 49