İran “Hörmüz Boğazı İdarəsi”nin fəaliyyətə başladığını elan edib
İran Hörmüz boğazının idarə olunması üzrə yeni qurumun fəaliyyətə başladığını açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, “Fars Körfəzi Boğazı İşləri İdarəsi” (PGSA) rəsmi “X” hesabını aktivləşdirərək Hörmüz boğazında baş verən proseslərlə bağlı real vaxt rejimində məlumatlar paylaşacağını bildirib.
Qurumun yaradılması və fəaliyyətə başlaması barədə məlumatlar İranın Ali Milli Təhlükəsizlik Şurası və SEPAH tərəfindən sosial şəbəkələrdə yayılıb.
Hörmüz boğazı dünya enerji daşımaları üçün strateji əhəmiyyətə malik keçid nöqtəsi hesab olunur və regionda gərginliklərin artdığı dövrlərdə tez-tez beynəlxalq diqqət mərkəzinə düşür.
17:48 18.05.2026
Oxunuş sayı: 43