Rusiyanın Kiyevə hücumu Albaniyanın sərt reaksiyasına səbəb oldu
Albaniya Xarici İşlər Nazirliyi Kiyevə gecə hücumundan sonra Rusiyanın səfirini nazirliyə çağırıb.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Albaniyanın xarici işlər naziri Ferit Xodja bildirib ki, zərbə Ukraynanın paytaxtında yerləşən və Albaniya səfirinin yaşadığı yaşayış kompleksinə düşüb. Onun sözlərinə görə, diplomatın həyatı ciddi təhlükə altında qalıb.
Albaniya tərəfi Rusiyadan hadisə ilə bağlı izahat tələb edib və Ukraynaya qarşı hücumların dayandırılmasına çağırışını bir daha təkrarlayıb.
18:00 24.05.2026
Oxunuş sayı: 56