İran yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyə razılaşıb
ABŞ–İran arasında mümkün razılaşma çərçivəsində İranın yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməyə razılaşdığı bildirilir.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Vaşinqton və Tehran arasında aparılan danışıqlarda yekun razılaşmanın detalları hələ tam razılaşdırılmayıb.
ABŞ rəsmiləri qeyd ediblər ki, ilkin sazişin əsas şərtlərindən biri İranın uran ehtiyatları ilə bağlı açıq öhdəlik götürməsidir.
Təklif olunan razılaşmaya əsasən, İranın yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarını təhvil verməsi nəzərdə tutulur.
17:05 24.05.2026
Oxunuş sayı: 53