Əraqçi: İran Hizbullaha dəstəyini davam etdirəcək
İranın xarici işlər naziri Abbas Əraqçi Hizbullah rəhbərliyinə ünvanladığı mesajda Tehranın təşkilata dəstəyini davam etdirəcəyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Əraqçi Hizbullah rəhbəri Nəim Qasım ilə telefon danışığı zamanı İranın bu təşkilata dəstəyindən “heç vaxt geri çəkilməyəcəyini” vurğulayıb.
Nazir həmçinin qeyd edib ki, ABŞ ilə gərginliyin azaldılması məqsədilə aparılan danışıqlardan sonra Tehran atəşkəs prosesinin Livanı da əhatə etməsində israr edir.
Bəyanata əsasən, Pakistanın vasitəçiliyi ilə Vaşinqtona təqdim olunan İranın son təklifində Livanın atəşkəs mexanizminə daxil edilməsinin vacibliyi xüsusi olaraq qeyd olunub.
16:50 24.05.2026
Oxunuş sayı: 55