Avropa Gimnastika İttifaqı Rusiya idmançıları ilə bağlı qərarını dəyişib
Avropa Gimnastika İttifaqı Rusiya idmançılarının dövlət bayrağı və himni ilə yarışlarda iştirakına yenidən icazə verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, qərar Beynəlxalq Gimnastika Federasiyasının tətbiq etdiyi məhdudiyyətlərin ləğvindən sonra qəbul olunub.
Məlumata görə, qərarın yaxın vaxtlarda keçiriləcək növbədənkənar onlayn Baş Assambleyada rəsmən təsdiqlənməsi gözlənilir.
Qeyd edək ki, əvvəlki dövrdə rusiyalı və belaruslu idmançılar beynəlxalq yarışlarda neytral status altında çıxış edirdilər.
15:20 24.05.2026
Oxunuş sayı: 65